EN

Azərbaycan çempionatı: Qadın boksçularda finalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində yarımfinalçılar, qadınlarda isə finalçılar müəyyənləşib.

41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 24 döyüş baş tutub.

6 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmanın aparıcı boksçularından Şamil Əsgərov, Malik Həsənov, Nəbi İsgəndərov və Mirşərif Kazımzadə də final üçün döyüşmək hüququ qazanıblar.

Qadın boksçuların mübarizəsində isə finalçılar bəlli olub. 7 döyüşün yekuna əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib.

Azərbaycan çempionatı

Kişilər

1/4 final

Ayxan Məmmədzadə (“Uğur” İK) – Amin Məmmədzadə (“Qızıl əlcək”) - birinci döyüşə gəlməyib

Fərid Amanov (BFL) – Kənan Əliyev (“Neftçi” İK) 1:4

Ağasəlim Mustafazadə (DİN İSM) – Seymur Rəşidov (Mingəçevir) - birinci tam üstünlüklə qalib gəlib

Əli Hüseynov (“Neftçi” İK) – Məsud Yusifzadə (BFL) 0:5

60 kq

Camal Səfərli (“Roman” İK) – Maqsud Xasmetov (MOİK) - ikinci qalib gəlib

Məhəmmədəli Aşurəliyev (“Zabit” İK) – Nicat Mirzəyev (Abşeron) - birinci tam üstünlüklə qalib gəlib

Elbrus Adıgözəlov (“Neftçi” İK) – Tağı Nəsibov (“Firuz” İK) 4:1

Cəlil Əhmədov (“Səbail” İK) – Şamil Əsgərov (“Neftçi” İK) 0:5

63,5 kq

Elşən Qəribov (Quba) – Malik Həsənov (“Neftçi” İK) 0:5

Elməddin Ağayev (Şirvan) – Hüseyn Xasməmmədov (Sumqayıt) 5:0

Özcan Rəsulzadə (Sumqayıt) – Ruslan Rüstəmov (BFL) 0:5

Amin Əlili (“Uğur” İK) – Cəlal Qurbanov (MOİK) 0:5

67 kq

Ceyhun Məmmədov (Qusar) – Nəbi İsgəndərov (“Neftçi” İK) - ikinci tam üstünlüklə qalib gəlib

Mehdi Həsənov (“Qızıl əlcək” İK) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) 5:0

Vüqar Məmmədov (“Arena” İK) – Zaur Qəhrəmanov (“Cənub” İK) 0:5

Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – İlqar Salahov (“Zabit” İK) 0:5

75 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Minad Seyidov (“Neftçi” İK) 5:0

Rəhim Əliyev (“Qızıl əlcək” İK) – Novruzəli Quliyev (MOİK) 2:3

Fərhad Şeydayev (MOİK) – Nicat Məmmədov (“Qızıl əlcək”) 3:2

Rəşid Həsənov (BFL) – Rasim Çobanlı (DİN İSM) 0:5

92 kq

Mirxəyal Məmmədov (Gəncə) – Ata Atazadə (“Roman” İK) - birinci qalib gəlib

Rauf Rəhimov (“Neftçi” İK) – Elvin Quliyev (Naxçıvan MR) - birinci tam üstünlüklə qalib gəlib

Elgün Abdullayev (Gəncə) – Murad Nəciyev (“Neftçi” İK) - birinci qalib gəlib

Nurlan Axundov (BFL) – Surət Qarayev (“Səbail” İK) 0:5

Qadınlar

Yarımfinal

48 kq

Günel Rəhimova (DİN İSM) – Anaxanım İsmayılova (“Neftçi” İK) 0:5

Mehparə Məmmədova (“Səbail” İK) – Lalə Mədətova (Z-1 İK) 2:3

52 kq

Marjona Savriyeva (DİN İSM) – Sona Abbaslı (“Səbail” İK) - birinci tam üstünlüklə qalib gəlib

Xədicə Muradova (“Qızıl əlcək” İK) – Leyla Quliyeva (“Laçın” İK) 0:5

57 kq

Aynur Mikayılova (“Dəmir yumruq” İK) – Hökümə Balazadə (Masallı) - birinci tam üstünlüklə qalib gəlib

63 kq

Qızbəs İsgəndər (“Neftçi” İK) – Səlbi Bayramova (Sumqayıt) 5:0

70 kq

Fatimə Mehdiyeva (Gəncə) – Emili Rzayeva (“Neftçi” İK) 0:5

Qeyd edək ki, ölkə çempionatına dekabrın 20-də yekun vurulacaq.

Chosen
6
6
cbcsport.az

10Sources