EN

Hər 3 abituriyentdən biri istəmədiyi ixtisası seçir - Agentlik

Bakı.Trend:

Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasındakeçirilən sorğunun nəticələrinə əsasən
abituriyentlərin 65%-i ixtisas və qrup seçimlərini şəxsən özləri,20%-i ailəsinin məsləhəti, 7%-i isə müəllimlərinin tövsiyəsi iləetdiklərini bildiriblər.

Trend bu barədə DövlətMəşğulluq Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər 3 abituriyentdən biri tam istəmədiyi və yaməcburiyyət qarşısında qaldığı ixtisası seçir. Tələbələrin 41%-işəxsi təşəbbüsləri ilə bakalavr təhsilləri boyunca təcrübəproqramında iştirak ediblər. Respondentlərin yalnız 51%-içalışdıqları işin təhsil aldığı ixtisasla üst-üstə düşdüyünü, 47%-iisə hazırki iş yerinin bakalavr təhsili müddətində planladığıkaryerasına uyğun olduğunu bildirir.

Hazırki iş yerinin planladığı karyerasına uyğun olmadığınıbildirən respondentlərin 64%-i bunun səbəbinin əmək bazarı iləbirbaşa bağlı olduğunu, 36%-i isə karyeralarını düzgünplanlamaması, düzgün və uyğun olmayan seçim etmələri ilə əlaqəliolduğunu bildirir. İşçilərin 59%-i aldıqları maaşın bazardəyərlərinden daha aşağı olduğu fikrindədir.

Respondentlərin 88.67%-i universitetin, 91.09%-i isə ixtisasınkaryera uğurunda önəmli yer tutduğunu bildirir”,-deyə məlumatdaqeyd edilib

Chosen
9
2
az.trend.az

3Sources