Uçuş məsafəsi 5,5 min kilometrə çatan “Oreşnik”i vurmaq şansı heç kimdə yoxdur.
İndex.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, əgər Qərb ekspertləri “Oreşnik”in təkmilləşdirilmiş köhnə sovet silahı olduğunu düşünürlərsə, Rusiya və Qərb üçün “texnoloji duel” təşkil etsinlər.
“Əgər onlar “texnoloji duel” istəyirlərsə, qoy hədəfi müəyyən etsinlər. Məsələn, Kiyevdə, bütün hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrini ora cəmləşdirsinlər, biz isə “Oreşnik”lə zərbə endirək. Biz belə bir eksperimentə hazırıq, bəs onlar?” – Rusiya Prezidenti təklif edib.
V.Putinin fikrincə, belə bir duel həm Rusiya, həm də ABŞ üçün maraqlı və faydalı olacaq.
O, yeni Rusiya raketinin “Oreşnik” adlandırılmasının səbəbinə dair sualın cavabını bilmədiyini deyib.