EN

“Para” BOKT ASC rəhbərliyinin yeni tərkibi müəyyən ediləcək - YIĞINCAQ

04.02.2025-ci il tarixində saat 11:00-da “Para” Bank Olmayan Kredit Təşkilatı ASC (VÖEN: 9900004121)  səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı ş. Nəsimi r. S. Vurğun 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi, eləcədə 2024-cü ilin maliyyə hesabatının təsdiq edilməsi daxildir.

Chosen
5
1
fed.az

2Sources