Yazını böyüt
Yazını kiçilt
Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin rəisi Azər Abdiyev məhkəməyə müraciət edib.
O, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından şikayət edib.
Belə ki, qurum tərəfindən Azər Abdiyev barədə İnzibati Xətalar Məcəlləsinin 271-ci(Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
A.Abdiyev qərardan şikayət edərək Şirvan şəhər Məhkəməsinə müraciət edib. İşə hakim Aydan Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, kombinat rəisi iki min manatdan üç min manatadək məbləğdə cərimələnə bilər.