EN

Bu məsələ də sülh gündəminə daxil edilməlidir - Paşinyan

Ordu ilə bağlı təsəvvür sülh gündəminə uyğun olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Ordu haqqında təsəvvür bir çox cəhətdən və bir çox yerlərdə, o cümlədən ordunun funksional əhəmiyyəti baxımından dəyişdirilməli, bu, həm siyasi-strateji çərçivələrimizin, həm də regional vəziyyət və sülh gündəminin məntiqinə aydın şəkildə daxil edilməlidir.

Bu çərçivədə açıq şəkildə bildirmişik ki, Ermənistanın yeganə problemi beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunub saxlanmasıdır, əlbəttə, bununla bağlı müəyyən situasiyalara da münasibət bildirməklə, bu haqda danışmışıq, yenə də danışacağıq”, - baş nazir belə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
16
teleqraf.com

1Sources