EN

Hər 3 abituriyentdən biri istəmədiyi ixtisası seçir - Agentlik

Yazını böyüt
Yazını kiçilt

Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən abituriyentlərin 65%-i ixtisas və qrup seçimlərini şəxsən özləri, 20%-i ailəsinin məsləhəti, 7%-i isə müəllimlərinin tövsiyəsi ilə etdiklərini bildiriblər.

Hafta.az bu barədə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər 3 abituriyentdən biri tam istəmədiyi və ya məcburiyyət qarşısında qaldığı ixtisası seçir. Tələbələrin 41%-i şəxsi təşəbbüsləri ilə bakalavr təhsilləri boyunca təcrübə proqramında iştirak ediblər. Respondentlərin yalnız 51%-i çalışdıqları işin təhsil aldığı ixtisasla üst-üstə düşdüyünü, 47%-i isə hazırki iş yerinin bakalavr təhsili müddətində planladığı karyerasına uyğun olduğunu bildirir.

Hazırki iş yerinin planladığı karyerasına uyğun olmadığını bildirən respondentlərin 64%-i bunun səbəbinin əmək bazarı ilə birbaşa bağlı olduğunu, 36%-i isə karyeralarını düzgün planlamaması, düzgün və uyğun olmayan seçim etmələri ilə əlaqəli olduğunu bildirir. İşçilərin 59%-i aldıqları maaşın bazar dəyərlərinden daha aşağı olduğu fikrindədir.

Respondentlərin 88.67%-i universitetin, 91.09%-i isə ixtisasın karyera uğurunda önəmli yer tutduğunu bildirir”,-deyə məlumatda qeyd edilib.

Chosen
3
2
hafta.az

3Sources