Bakı. Trend:
İran D8 Qrupu çərçivəsində bir sıra müştərək addımlarınatılmasının tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu İran prezidenti MəsudPezeşkian bu gün Misirdə keçirilən D8 Qrupuna üzv ölkələrin dövlətbaşçılarının sammitində deyib.
Onun sözlərinə görə, "D8 Qrupunun Müştərək İdeya və İnvestisiyaBankı", "Müştərək Elm və Texnologiyalar Parkı", "Elmi və Texnolojitur və iclasların təşkili", "Tələbə və müəllim mübadiləsi, təhsilvə araşdırma imkanlarının yaradılması", "Gənclər üçün işimkanlarının yaradılması", "Gənclərin problemlərinin həlliistiqamətində kiçik və orta müəssisələrə investisiyalarınyatırılması", "Startap şirkətlərin istehsalına dəstək və sərgilərintəşkil olunması" kimi addımlarla üzv ölkələr arasında əməkdaşlığıgücləndirmək olar.
Pezeşkian deyib ki, İran iqtisadi sahələrdə əməkdaşlığıartıracaq istənilən təklif və təşəbbüsü dəstəkləyəcək.