EN

"Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar"

"Qadınlara dilənçilik prinsipindən çıxmağı öyrətməliyik".

Modern.az "oxu.az"a istinadÉ™n xÉ™bÉ™r verir ki, bu sözlÉ™ri AilÉ™, Qadın vÉ™ UÅŸaq ProblemlÉ™ri üzrÉ™ DövlÉ™t KomitÉ™sinin sÉ™dri müavini SÉ™daqÉ™t QÉ™hrÉ™manova "BÉ™lÉ™diyyÉ™lÉ™rdÉ™ yaradılmış gender komissiyalarının iÅŸinin güclÉ™ndirilmÉ™si" mövzusuna hÉ™sr olunmuÅŸ Konfransda çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, bu gün insanlarda ələbaxımlılıq formalaşıb:

"Qadınlar boşanırlar ki, aliment alıb onunla dolansınlar. Belə halları biz görürük. İnsanlara "balıq tutmağı" öyrətməliyik. Bu gün kənd qadınlarının biznes bacarıqlarına yiyələnməsi istiqamətində iş görürük. Hətta 800-dən çox qadın biznesə cəlb olunub. Onlar öz ailələrinə də biznesləri sayəsində yardım edir. Qadınları öyrətməliyik ki, onlar dilənçilik prinsipindən çıxsınlar. Bilmək lazımdır ki, iqtisadi cəhətdən güclü olan qadının hüquqları pozulmur. Bələdiyyələrin də rolu burada başlayır. Bələdiyyələrdə gender komissiyalarının işi bundan ibarətdir. Onlar insanlarla sıx təmasda olmalıdırlar. Onlar iş görməlidirlər ki, biz milli dəyərlərə qayıdaq. Bizə Avropa dəyərləri lazım deyil".

Chosen
9
2
modern.az

3Sources