EN

Bloomberg: Almaniya üçün Alternativ partiyası Almaniyanın Aİ-dən çıxmasını müdafiə edib

Almaniya üçün Alternativ (AfD) partiyası seçki proqramı çərçivəsində Almaniyanı Avropa İttifaqından (Aİ) çıxmağa çağırıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

“Bizə nə etdiklərini bilməyən və Avropa İttifaqındakı təməlimizi məhv edən bütün bu bürokratlara ehtiyacımız yoxdur. Biz Avropa İttifaqının hazırkı vəziyyətində yaxşı işləyən bir qurum olduğunu görmürük”, – nəşr AfD kansler namizədi Alice Veideldən sitat gətirib.

Siyasətçi Avropa İttifaqını ölkənin avtomobil sənayesini məhv etdiyinə görə tənqid edib və bloku azad ticarət zonasına çevirməyi təklif edib.

Chosen
8
aznews.az

1Sources