"10 illə müqayisədə indi universitetlər daha yaxşı kadrlar hazırlayır. İnanırıq ki, 10 il sonra bundan da yaxşı nəticələr görəcəyik. Bp şirkəti olaraq bir çox layihələrə dəstək oluruq. Təhsillə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə layihələr icra edirik. 30-a yaxın beynəxalq dərsliyin tərcümə olunmasını təmin etmişik. İngilis dilini bilməyənlər üçün bu fürsətləri yaratmağa çalışırıq",- Aslanbəyli dekabrın 19-da Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Aslanbəyli vurğulayıb ki, Azərbaycanda ən çox iki sahə-futbol və təhsil tənqid olunur,amma bunun üçün təkliflər verən yoxdur.
Gülnar Nazimqızı
www.anews.az