Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
News24.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindan məlumat verilib.
Bildirilib ki, xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.