Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.
Msport.az xəbər verir ki, “Şamaxı” öz meydanında “Qarabağ”ı qəbul edib.
Şamaxı şəhər stadionunda təşkil olunan qarşılaşmanın taleyini 1 qol həll edib. Musa Qurbanlının son saniyələrdə vurduğu qol ağdamlılara səfər qələbəsi qazandırıb. Bununla “Qarabağ”ın dövrələrarası fasiləyə qış çempionu kimi yollanacağı dəqiqləşib.
Qeydə alınan nəticədən sonra Ağdam təmsilçisi 44 xalla liderdir. Meydan sahibləri isə 14 xalla 8-ci pillədə qərarlaşıb.