Bugünkü Zirvə toplantısında iştirakımızın isə xüsusi tarixi əhəmiyyəti var.
Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
Baş nazir bildirib ki, bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər: “Buna görə bütün üzv dövlətlərə minnətdarlığımızı bildiririk. Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə yaxından töhfə verəcək”.