EN

İsrailin müdafiə naziri İsrael Kats: "Bizə hücum edən hər kəsdən yeddi qat qisas alınacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin müdafiə naziri İsrael Kats Yəmənin "Ənsar Allah" hərəkatındakı husi üsyançılarının liderlərinə xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün "X" hesabında yerləşdirdiyi videomesajında bildirib.
Kats İsrailə hücum edən hər kəsdən 7 qat artıq qisas alınacağını deyib.
"Ötən gecə biz Yəməndə husilərə hücum etdik. Mən husi terror təşkilatının liderlərinə xəbərdarlıq edirəm: İsrailin uzun qolu sizə də çatacaq. İsrail dövlətinə əl qaldıran hər kəsin əli kəsiləcək, zərər verən hər kəsə yeddi qat ziyan veriləcək. Biz güclü zərbə endirəcəyik və İsrail dövlətinə qarşı hücumlara və təhdidlərə imkan verməyəcəyik", - deyə İsrael Kats qeyd edib.
Xatırladaq ki, dekabrın 19-da səhər saatlarında İsrail ordusu Yəməndəki husi hədəflərinə, o cümlədən Sənadakı enerji infrastrukturuna hava zərbələri endirdiklərini açıqlayıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları kəşfiyyat və hərbi-dəniz qüvvələrinin göstərişi ilə Yəmənin qərb sahillərində və ərazisinin dərinliklərində husi terror rejiminə məxsus hərbi hədəflərə zərbələr endirib.
Bundan bir qədər əvvəl isə hərbçilər Yəməndən atılan raketin qarşısının alındığını bildiriblər. İsrail dəfələrlə xəbərdarlıq edib ki, öz ərazisinin davamlı olaraq atəşə tutulmasını cavabsız qoymaq niyyətində deyil.
Chosen
5
1
oxu.az

2Sources