Nigeriyanın Oyo əyalətində yaranan izdiham nəticəsində 32 uşaq həyatını itirib.
Publika.az xəbər verir ki, dünən əyalətin paytaxtı İbadanda yarmarka keçirilib. Yarmarkanın gedişatında səbəbi məlum olmayan izdiham yaşanıb, nəticədə 32 uşaq ölüb, çox sayda insan yaralanıb.
Hadisə ilə bağlı istintaq davam edir.