EN

Azərbaycanda ən çox şikayət olunan internet provayderləri – SİYAHI

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı və onun icra müddətini özündə əks etdirən abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti dərc edilib.

Bu barədə Yenicag.az-a İKTA-dan bildirilib.

Təqdim edilən şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti 2024-cü ilin iyul-sentyabr ayları üzrə olmaqla, bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

17 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər “Enginet” MMC (6.78), “Selnet” MMC (3.4), “GSP” MMC (2.89), “Eurosel” MMC (2.27), “Az-Evro Tel MMC (2.07) olub.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Azqtel” MMC (21 gün), “Az-Evro Tel (16 gün), “Uninet” (14 gün), “Aztelekom” MMC (13), “Rahat Telekom” (10 gün) qərarlaşıb.

Qeyd edək ki, bu il dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 3700-ü ötüb. Onların 92,6%-i ilkin müraciət mərhələsində icra edilib, 5,7% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 1,7%-lik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.

Chosen
1
16
yenicag.az

10Sources