EN

"Bakı Kart"dakı boşluqların aradan qaldırılmasına "Kapital Bank" komandası da cəlb olunub

İctimai nəqliyyatda gediş haqqının (“BakıKart”ın QR ödənişləri - red) həm "Bir Bank" mobil tətbiqi, həm də "Kapital Bank"a məxsus "PAŞA Pey" şirkətinin "m10" tətbiqi vasitəsilə ödənilməsi mümkündür. 

Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Bakı Kart"dakı boşluqların və sualların aradan qaldırılması üçün "Kapital Bank"ın komandası “BakıKart”ın komandası ilə birgə çalışır:

"Çox təəssüf ki, "Bakı Kart" ilə bağlı müəyyən suallar var. Bizim birgə komandamız bu məsələləri həll etmək üçün çalışır. Bu gün istifadə müddəti 1 dəqiqədir. Biz fikirləşirik ki, bu müddəti hansı formada dəyişə bilərik - həm müştəri ilə hesablaşma düzgün olsun, həm də texnoloji olaraq düzgün istifadə olunsun".

Qeyd edək ki, m10 tətbiqi ilə yaradılan “BakıKart”ın QR kodu ilə metroda bir neçə turniketdən keçmək mümkün idi.

Chosen
15
1
marja.az

2Sources