EN

Dünyanın ən böyük aysberqi qopdu: Nyu-Yorkdan üç dəfə böyükdür (VİDEO)

Dünyanın ən böyük aysberqi A23a aylardır nəhəng dəniz burulğanı ilə yerində fırlandıqdan sonra yenidən hərəkət etməyə başlayıb. 

Qaynarinfo xəbər verir xəbər verir ki, bu barədə Britaniya Antarktika Tədqiqatının (BAS) alimləri məlumat verib.

Aysberq A23a Nyu-York şəhərindən təxminən üç dəfə böyükdür və təxminən 1 trilyon ton ağırlığındadır. O, ilk dəfə 1986-cı ildə Antarktidadakı Filçner buzlaqından qopub, lakin demək olar ki, dərhal bir neçə kilometr dənizdə quruya düşdü və ərimə sürətini yavaşlayıb.

2023-cü ilin sonlarında A23a yenidən hərəkət etdi və Antarktidadan uzaqlaşmağa başlayıb, lakin yenidən Cənubi Orkney adalarının şərqində, okean axınlarının yaratdığı nəhəng fırlanan su kütləsi olan Teylor Sütunu adlı yerdə ilişib qalıb.

Bir həftə əvvəl buz adası Teylorun sütununu tərk edərək Cənub qütbündən uzaqlaşmağa davam edib.

Alimlər A23a-nın səyahətini izləməyə davam edəcəklərini bildiriblər. Meqa-aysberqin hərəkətləri haqqında məlumat buz kütləsinin ətraf mühitə təsirini öyrənməyə kömək edəcək. Nəhəng aysberqlər dənizi qidalandıran və qısır ərazilərdə inkişaf edən ekosistemlər yaradan zəngin qida maddələrinə malikdir.

Aydın

 

Chosen
2
qaynarinfo.az

1Sources