Paytaxtdakı qəbirstanlıqlarda məzar yeri tapılmır.
"Cebheinfo.az" "Xəzər TV"yə istinadən xəbər verir ki, bunu şəhər sakinləri iddia edirlər.
Onların sözlərinə görə, bəzi qəbirstanlıqlarda dəfn üçün yer tapmaq artıq müşkülə çevrilib.
Məzar yeri problemi daha çox Bakıdakı köhnə qəbirstanlıqlarda müşahidə olunur.
Xüsusilə, Yasamal, Qurd Qapısı və Keşlə kimi ərazilərdə demək olar ki, boş yer qalmayıb.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu məsələdə bir neçə amilin rolu var. Başlıca səbəb isə ölkə əhalisinin, xüsusilə də paytaxtda məskunlaşanların sayının artmasıdır.
Ceyhun Məmmədovun sözlərinə görə, bir nəslin bir neçə nümayəndəsinin eyni məzarlıqdan əvvəlcədən yer təyin etməsi də qəbirstanlıqlardakı sıxlığın yaranmasının digər səbəblərindəndir. Millət vəkili sakinlərin “məzar yerləri satılır” iddiasına da fikir bildirdi.
Millət vəkili mövcud vəziyyətdən bir neçə çıxış yolu olduğunu da qeyd edib.
"Cebheinfo.az"