EN

Musanın ayağı "açıldı"

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı son iki oyunda hücum xəttindəki məhsuldarlığı ilə seçilir.

QOL.az xəbər verir ki, 22 yaşlı hücumçu bu gün Misli Premyer Liqasının 3-cü turundan "Şamaxı" ilə təxirə salınmış matçnda komandasının qələbə qolunu vurub. Matçın son saniyələrində - 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu "Qarabağ"a 3 xal qazandırıb.

M.Qurbanlı Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la oyunda (5:0) isə dubl etmişdi. Göründüyü kimi, iyun ayında "Yurqorden"dən (İsveç) "Qarabağ"a qayıdan Musa 7 oyunda fərqlənə bilməsə də, son iki matçda 3 qol vurmağı bacarıb.

Azərbaycan millisinin də üzvü olan futbolçu bu mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunda 2 qol ötürməsi də edib.

Chosen
6
teleqraf.com

1Sources