“Şamaxı” premyer-liqanın 3-cü turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edib.
“Football-plus.az” xəbər verir ki, Ağdam klubu sonuncu dəqiqələrdə vurduğu qolla səfərdən qalib ayrılıb. Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Futbolçularımı təbril edirəm. Gərgin oyun alındı Bəlkə də məğlub ola bilərdik. Çox ağıllı oyun qurmuşdular. Bir qolları sayılmadı. Bizim səhvimiz də var idi.
- Jurnalist olsaydız, Musanın qoluna nə sərlövhə qoyardız?
- Bilmirəm, jurnalist olsaydım, düşünərdim. Jurnalist olmadığım üçün bu sual mənə aid deyil.
- Leroy Mikelsin oyun üslubuna baxanda dedizmi ki, kaş “Qarabağ”da olaydı?
- Çox yaxşı oyunçudu. Bu gün özünü yaxşı göstərdi. Hər furbolçu hər komandada oynaya bilmir. Yaxşı futbolçudu.
- Qış çempionluğu əvvəlkilərdən necə fərqləndi?
- Hər oyun gərgin alındı. Həmişə ehtiyatlanmışam ki, futbolçularım zədələnməsin. İldən-ilə yaxşı olur.
- Juninyo niyə oynamadı?
- Ötən oyun zədələnmişdi. Bu oyun özü yaxınlaşdı ki, bu söz-söhbətlərdən sonra az yatıram. Oynaya bilməyəcəm. Mən də “sağ ol”
deyib, anlayışla qarşıladım.
-Yerli futbolçular nədənsə daha çox fərqlənir, bu nə ilə bağlıdı?
- Ola bilər ki, formaya düşüblər. Musa formaya düşüb. Nərimandan narazıydım. İndi formasını qaytarıb. Toral da əvvəldən fərqlənən yerli futbolçu idi.
- Juninyonun gedişi işinizi çətinləşdirə bilər?
- Mənim komandamdan gedən oyunçu işimizə çətinlik yaradır. Belə futbolçunun getməsi işimə mane olar. Tanınmış klubdan təklif gəlməsi xoşdu. Klubla danışıqlar gedir. Danışıqlar baş tutarsa, bəlkə alınar. Əvvəl də demişdim ki, Avropaya çıxmışıq, çempionata diqqət və dəyər artacaq. Yerli oyunçular gedə bilər. Belə bazarda iştirak etmək Azərbaycan futbolu üçün böyük addımdı.
- Futbolçunun meyli var?
- Bəlkə də təklif başqa klublardan olsaydı, birbaşa qərar vermək çətin olmazdı. Belə təklif özü üçün də gözlənilməz oldu. Özü də getmək istəyir. 26-27 yaşında “Qarabağ”a gəlib. İndiyəcən böyük klublardan ciddi təkliflər almamışdı. Belə böyük təklif alması bir qədər gözlənilməz oldu. Klubun maraqları da üst-üstə düşsə, ola bilər. Klubun da futbolçunun da maraqları üst-üstə düşsə, alına bilər.
RÖYANƏ OĞUZ