EN

Uşaq və gənclərin iştirakı ilə “Naxçıvan qədim diyar” mövzusunda tədbir keçirilibUşaq və gənclərin iştirakı ilə “Naxçıvan qədim diyar” mövzusunda tədbir keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbirdə əvvəlcə muxtar respublikanın təbiəti və nemətlərinin təqdimatı olub.

Məktəbin direktoru Lalə Qəti "Naxçıvan qədim diyar" mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan 1000 illik tarixə malik olan qədim diyardır. Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutan Naxçıvan daim inkişaf yolunda olub. Bu diyar Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elminə böyük şəxsiyyətlər bəxş edib. Bu şəxsiyyətlərin Azərbaycanın ictimai fikir tarixinin formalaşmasında mühüm xidmətləri var. Naxçıvan Muxtar Respublikasının qədim tarixi, mədəni irsi, memarlıq abidələri haqqında uşaq və gənclərə geniş məlumat vermək onların vətənpərvərlik ruhunda böyüməsinə geniş zəmin yaradır.

Məktəbin müəllimi Ayşən Abdullayeva Naxçıvanın tarixi və müasir dövrü barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Əshahi Kəhf, Möminə Xatun, Yusif Kuseyr, Gülüstan sarayı, Cümə məscidi və digər abidələrı barədə tarixi məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə XX əsrin sonunda Naxçıvan camaatının erməni işğalına qarşı məğrurla dayandığı bildirilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev həmin illərdə Naxçıvan Ali Məclisinə rəhbərlik edərək erməni işğalının qarşısını aldı.

Çıxışlardan sonra qonaqlar məktəbin şagirdlərinin hazırladıqları mədəni proqramı izləyiblər.

Tədbirdə AMEA-nın Tarix və Etnologiya, Nizami Gəncəvi adına Ədəbiyyat institutlarının əməkdaşları iştirak ediblər.

Chosen
6
tehsil.biz

1Sources