EN

Məktəbdə zəhərlənən şagirdlərə baş çəkildi - Foto

“Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir”. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb:

“Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.

Hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik”.

 


Chosen
4
25
qafqazinfo.az

10Sources