EN

Orban Trampı "sülh insanı" adlandırdı

Macarıstanın baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı sülh adamı adlandırıb. O, həmçinin vurğulayıb ki, bu səbəbdən Tramp Ukraynadakı münaqişəyə son qoymağa çalışır.

Qaziler.az xəbər verir ki, bu barədə “Mandiner” yazıb.

“O, sülh adamıdır, qan tökülməsinə nifrət edir, ilk prezidentlik dövründə bir dəfə də olsun müharibəyə başlamadı və bacardığı qədər başladılan müharibələri bitirdi”, - Orban vurğulayıb.

O, həmçinin təsdiqləyib ki, Macarıstan Trampın Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı vədlərinə ümid edir. Onun fikrincə, Tramp və ölkənin yeni rəhbərliyi müharibə tərəfdarı olan Brüssel elitasını müharibə məsələlərində üz-üzə qoyacaq.

QAZİLER.AZ

Chosen
7
qaziler.az

1Sources