EN

Paşinyanın kortejinin öldürdüyü erməni qadınla bağlı yeni məhkəmə qərarı çıxdı

Ermənistanda məhkəmə 2022-ci ilin aprelində baş nazir Nikol Paşinyanı müşayiət edən avtomobil kortejinin törətdiyi qəza ilə bağlı yeni qərar çıxarıb. Qeyd edək ki, həmin insidentdə Sona Mnatskanyan adlı gənc qadın həlak olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli məhkəmə Ermənistanın baş nazirinin kortejinə rəhbərlik etmiş vəzifəli şəxslərə qarşı cinayət işinin başlanmaması barədə prokurorun qərarını qanunsuz elan edib.

Bu barədə yerli vəkil Raffi Aslanyan mətbuata məlumat verib.

Onun sözlərinə görə, İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə vəkilin şikayətini təmin edib və açıq proses iştirakçılarına işə yenidən baxılmaqla zərərçəkmişin hüquqlarının pozulmasını aradan qaldırmağı tapşırıb.

Xatırladaq ki, 2022-ci il aprelin 26-da axşam İrəvanın Paronyan-Leo küçələrinin kəsişməsində baş nazirin kortejindən olan “Toyota Prado” maşını hamilə Sona Mnatsakanyanı vurub. O, bədən xəsarətləri ilə Nairi Tibb Mərkəzinə aparılıb və özünə gəlmədən dünyasını dəyişib. Bu ilin sentyabrın 26-da prokurorluq Mnatsakanyanın ölümü ilə bağlı baş nazirin kortejinin rəhbərlərinə qarşı cinayət işini başlamaqdan imtina edib.

Musavat.com

Chosen
5
1
musavat.com

2Sources