EN

Nazirlikdən Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi ilə bağlı AÇIQLAMA - FOTO

"Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir".

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.

"Hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Xatırladaq ki, məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.




Bizim.Media

Chosen
6
33
bizim.media

10Sources