Bakı. Trend:
24 dekabrda, Muzey Mərkəzində «Muzeydə Musiqi Gecələri» layihəsiçərçivəsində, Azərbaycanın Xalq artisti, bəstəkar CavanşirQuliyevin yaradıcılığına həsr olunmuş növbəti portret-konserttəşkil ediləcək. Bu konsert Bakı Müasir Musiqi Cəmiyyəti və MuzeyMərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb.
Nuxa şəhərinin (hazırda Şəki şəhəri) doğma övladı olan CavanşirQuliyev 1968-ci ildə Şəki Musiqi Məktəbinə daxil olmuşdur. Həminildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı MusiqiAkademiyası) Xalq Çalığı Alətləri Fakültəsinə qəbul olub. İki ilsonra isə konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və1975-ci ildə bəstəkar, professor Cəfər Cavadovun rəhbərliyi altındahəmin fakültəni bitirmişdir.
Tələbəlik illərindən etibarən Cavanşir Quliyev, musiqikompozisiyalarının yaradılmasında eksperimental yanaşmalara maraqgöstərmiş və bu yanaşmanı öz əsərlərində tətbiq etməyə başlamışdır.İkinci kursda yazdığı «Birinci kvartet» gənc bəstəkarın yeniyanaşmasının parlaq nümunəsi olub, burada o, milli musiqini müasirkompozisiya üsulları ilə sintez edərək yeni musiqi üslubu yaratmağanail olmuşdur. Hətta bu eksperimental əsər böyük maraqlaqarşılanmış, lakin uzun müddət Sovet İttifaqı Bəstəkarlarİttifaqının bir sıra konfranslarında «Milli və müasirlik»mövzusunda bədii mübahisələrə səbəb olmuşdur.
Hələ tələbəlik illərindən, 1973-cü ildən etibarən, CavanşirQuliyev AzTV-də səsyazma rejissoru olaraq fəaliyyətə başlamış vəorada 17 il çalışmışdır. 1990-1993-cü illərdə Azgoskontsertin bədiirəhbəri olmuşdur. 2003-cü ildə Azərbaycan Milli Konservatoriyasındadosent, 2005-ci ildə isə professor dərəcəsi almışdır. Həmin ildənetibarən o, Şimali Kiprdə yerləşən Yaxın Şərq Universitetinin«Səhnə Sənəti» fakültəsinin professoru olub. Cavanşir Quliyevinyazdığı mahnıları Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, AygünKəzımova kimi sənətçilər ifa etmişdir. Bir çoxları hitəçevrilmişdir:
«Hər şey gözəldir həyatda», «Hicran», «İtkin gəlin», «Qızım»,«Sevəcəyəm», «Tənha qadın», «Məni daha gözləmə» və s. O, həmçinin,«Fəryad», «Şirbalanın məhəbbəti», «İtkin gəlin», «Süd dişininağrısı», «Aşıq Qərib» və bir çox digər tamaşalar, filmlər vəteleseriallar üçün musiqi bəstələmişdir. Cavanşir Quliyev, sazalətini skripka, violonçel və fleyta ilə birlikdə istifadə etməyəbaşlayan ilk bəstəkar olub. 1980-ci ildə o, zurna və simfonikorkestr üçün «Uvertüra» əsərini yazıb və burada Azərbaycanmusiqisinə özünəməxsus baxışını ifadə etmişdir. Ümumilikdəbəstəkarın «yığmasında» təxminən minə yaxın mahnı var, bunlardan300-ü «MAHNILAR» adlı dörd cildlik toplusuna daxil edilmişdir.
Cavanşir Quliyev yalnız estrada kompozisiyaları ilə deyil, həmdə ciddi janrdakı əsərləri ilə məşhurdur. Onun əsərləri SSRİ vəsonra Azərbaycanı müxtəlif beynəlxalq musiqi simpoziumlarında vəfestivallarında, Polşadan ABŞ-a qədər, təmsil edib. Bunlara saz vəskripka üçün sonata, fortepiano üçün yeddi əsər, İkinci kvartet,«Oğuznamə» baletinin Birinci Suiti daxildir ki, bunlar müxtəlifölkələrdə - ABŞ, Finlandiya, Yuqoslaviya, Almaniya, Hollandiya,Türkiyədə ifa olunmuşdur. Hələ də böyük populyarlığa malik olan,1992-ci ildə Xocalı faciəsindən dərhal sonra yazılmış «Əsgər marşı»vaxtilə hətta uşaq bağçalarında uşaqlar tərəfindən oxunurdu və bugün ölkəmizin Milli Ordusunun paradlarında mütləq şəkildə ifaolunur.
2000-ci ildə Cavanşir Quliyev «Qızıl Derviş» teatr mükafatınıalmış, 2002-ci ildə isə Humay mükafatına layiq görülmüşdür. 2015-ciildə «Qızıl Pəri» kino mükafatını və Azərbaycan Kinematoqrafçılarİttifaqının «Milli Kinematoqrafiyaya xidmətlərinə görə» mükafatınıalmışdır. Portret-konsertin proqramında bəstəkarın aşağıdakıəsərləri təqdim olunacaq: Saz və violin üçün sonata, İkincisimfonik kvartet və fortepiano üçün «Yeddi əsər».
Solistlər: Humay Qasımzadə (fortepiano), Samir Asadov (skripka),Aslan Müradoğlu (saz) və «Əkinçi» Kvarteti.
Gecənin moderatoru - bəstəkar Firudin Allahverdi.