EN

Saxta antifrizdən istifadə zamanı nə baş verir?

Havalar soyuduqda sürücülərin ən çox axtardığı vasitələrdən biri də antifriz olur. Bir çox sürücü avtomobili su ilə idarə etdiyi üçün qış gəldikdə antifrizin müşətirsi artır. Təəssüf ki, bazardakı bütün antifrizlər eyni yüksək keyfiyyətdə deyil.

Avtosfer.az xəbər verir ki, keçmiş SSRİ məkanı dünyada ən çox saxta antifrizin satıldığı regiondur. Burada saxta mal istehsal edənlərlə yanaşı, istehlakçıların da rolu böyükdür. Belə ki, bir çox sürücü antifrizin yalnız qış üçün lazım olduğunu düşünür. Yanaşma belədir: mühərrik donmasın, vəssalam. 
Halbuki, antifrizin funksiyası bununla məhdudlaşmır. Bu yaşıl, bəzən də qırmızı rəngli maye donmamaqla yanaşı, mühərrikin daxili hissəsini korroziyadan qorumaq üçündür. Keyfiyyətsiz antifrizdə sözügedən xüsusiyyətlər yoxdur.

Rus ekspertlərinin bildirdiyinə görə, standart antifrizlərin əsas tərkib hissəsi etilenqlikoldan (etil spirti) ibarətdir. Qeyri-standart antifrizlər isə daha ucuz başa gələn metanol və qliserindən hazırlanır. 

Qliserinin özlüyü çox olduğöu üçün nasosun yağlanması pisləşir və o, daha tez sıradan çıxır. Mühərrikin daxili detallarının isə korroziyası sürətlənir. Metanol isə rezin detalların, radiator və termostatın aşınmasını sürətlənir. Metanolun qaynama temperaturu da aşağı olduğundan sürətlə buxarlanır və yerdə qliserin qalır. Beləliklə, soyuducu maye daha da qatılaşır və keyfiyyəti pisləşir.

Bir məsələni unutmaq olmaz ki, bütün müasir avtomobillərdə mövsümdən asılı olmayaraq antifriz istifadə edilməlidir. Fövqəladə hallarda, məsələn yolda qalmamaq və ya sistemi yumaq üçün sudan istifadə mümkündür. Lakin bu, qısamüddətli olmalıdır.

Vüqar

Chosen
30
avtosfer.az

1Sources