EN

Prezidentinçıxışındavacib məqamlara xüsusi aydınlıq gətirildi - ÖZƏL

"Azərbaycan prezidentinin dekabrın 17-də  Ümumrusiya Dövlət Televiziya və  Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq  İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı  Dmitri Kiselyova verdiyi müsahibəyə  baxdıqda, onun çıxışlarını diqqətlə izlədikdə qarşımıza belə bir mənzərə çıxmış olur ki, bu gün regionda və dünyada baş verən proseslər, onların Azərbaycana təsirləri, Azərbaycanın regionda və beynəlxalq arenada oynadığı rol, dünyanın bundan sonrakı mərhələdə hansı istiqamətə yönəlməsi, xüsusilə də regionumuzda Ermənistanla Azərbaycan arasında sülhə gedəcək yol necə ola  bilər, buna maneə haradandır və s."

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Azərbaycanın İkinci Qarabağ savaşı dövründə, ondan sonrakı mərhələdə atdığı addımlar, region dövlətlərinin Azərbaycana münasibəti, beynəlxalq  səviyyədə Azərbaycana qarşı münasibət, region dövlətlərinin, eyni zamanda Ermənistana münasibəti və s. bunların hər biri əslində belə baxanda hətta qeyri-region dövlətlərinin belə Ermənistana və Azərbaycana baxışı məsələsi diqqətlə nəzərdən keçirilir. Xüsusilə də belə deyim, son dövrlər daha çox aktual olan mövzular ki var, bunların hər birinə əslində bir növ Azərbaycan prezidentinin çıxışında xüsusilə aydınlıq gətirildi. Hətta Rusiya-Azərbaycan münasibətləri necə formalaşıb və bugünkü vəziyyəti, bu da təbii ki, silah ticarətinə, yəni silah satışı və digər məsəllərin də ələ alınması əslində nəyi göstərir? Bugünkü beynəlxalq səviyyədə mövcud olan reallıqlar, Fransanın Ermənistanı silahlandırmasının və Hindistanın, ABŞ-ın Ermənistan silahlanılmasının arxa planı nələrdən ibarətdir? Niyə bunu edirlər, səbəbləri nələrdir? Bunların hamısının müzakirə olunması, hesab edirəm ki, kifayət qədər mətləbləri bizim üçün açmış oldu. Şəxsən Azərbaycan prezidenti tərəfindən belə bir məqamda, bu şəraitdə Rusiya telekanalına belə müsahibənin verilməsi, çünki Suriya məsələsinin aktual olduğu bir məqamdır ki, Rusiya Suriyada uzun illərdir əsas fiqurlardan biri olub. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin gedişi prosesində, Donald Trampın hakimiyyətə gəldiyi bir dönəmdə, belə bir məqamda, xüsusən də Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesində təzadlı vəziyyətləri yarandığı anda bu açıqlama verilməsi və Azərbaycan prezidentinin dilindən, birinci şəxsin dilindən bu fikrin səsləndirilməsi, hesab edirəm ki, kifayət qədər vacib məsələləri dilə gətirməsi, bu Azərbaycanın dünəni, bu günü və gələcəyi baxımından strateji bir konsepsiya və hədəf kimi də görünə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources