EN

Nesrin Amed zərərsizləşdirildi - Qadınların lideri idi - FOTOlar

Suriyada son vaxtlar uğurlu əməliyyatlar həyata keçirən MİT-dən daha bir dəqiq hücum olub.

Milli.Az xəbər verir ki, Qamışlıda həyata keçirilən əməliyyatda terror təşkilatı PKK/PAJK-nın Cezire bölgəsi üzrə baş direktoru Yayla Kızılkaya zərərsizləşdirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı 14 yaşında terror təşkilatı PKK-nın kənd kadrlarına qoşulan Yayla Qızılkayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətinə görə hədəf siyahısına salıb.

Suriyada PKK-nın qadın kadrlarının idarə olunması ilə məşğul olan Kızılkaya getdiyi bölgələrdə qadın kadrlarla görüşlər keçirir və onları yoxlayırdı. Kızılkaya suriyalı qadınları hədəf alan ideoloji fəaliyyətlərin ümumi koordinasiyasına da cavabdeh idi.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
9
milli.az

1Sources