Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.