EN

"Keçmişə qayıtmaq imkanı olsaydı, Ukraynada "xüsusi əməliyyat"la bağlı düşünərdim" - Putin

Keçmişə qayıtmaq imkanı olsaydı, hazırda baş verənləri bilə-bilə Ukraynada "xüsusi əməliyyat"la bağlı qərar barədə düşünərdim.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "xüsusi əməliyyat"a başlamaq üçün əvvəlcədən hazırlıq görmək lazım idi: “Biz isə heç bir xüsusi hazırlıq görmədən əməliyyatlara başladıq. Çünki artıq dözmək, yerində dayanmaq mümkün deyildi. Kiyev hakimiyyəti kütləvi qırğın silahlarına dair iddialar irəli sürdülər və Minsk razılaşmalarından imtina etdilər. Bizi aldatdılar və belə hərəkət etməyə məcbur qoydular”.

Chosen
2
1
azpolitika.info

2Sources