EN

Hacı Məhərrəmdə ağacları kəsirmiş-Araşdırma

Xəbər verdiyimiz kimi “Qurtuluş 93 Residence” Mənzil-Tikinti Kooperativinin direktoru barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib. 

XALQ.AZ əbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 maddəsi ilə protokol tərtib edilib və işə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Sözügedən maddəyə əsasən, icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 15000 manat miqdarında cərimə edilir.

İşə hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi.

Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova “Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı (Qaynarinfo).

 

Chosen
37
1
xalq.az

2Sources