EN

Ərdoğan Qahirədə Pakistan Baş naziri ilə görüşüb

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qahirədə Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə prezident administrasiyasından verilən məlumata görə, görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Görüş zamanı Ərdoğan Türkiyənin sülh və təhlükəsizliyi təhdid edən terror aktlarına qarşı Pakistanın yanında olduğunu, Pakistan iqtisadiyyatının bərpasını alqışladıqlarını, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın artırılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Azpost.info

 

Chosen
10
1
azpost.info

2Sources