EN

Paşinyan: “Ermənistan-Azərbaycan Delimitasiya Komissiyaları tezliklə bir araya gələcək”

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi davam etməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub və bu o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.

Düşünürəm ki, delimitasiya komissiyaları tezliklə toplanaraq sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə edəcək”, - Paşinyan qeyd edib.

Bizim.Media

Chosen
2
10
bizim.media

10Sources