İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Mia.az-ın məlumatına əssən, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 138 milyon 800 min 96 manat olan tender müsabiqəsinin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN- 3100026151) olub.
Açıqlanan məlumatlardan belə görünür ki, İpoteka və Kredit Zəmanət Fondunun satın alacağı bir mənzil üçün ödəyəcəyi orta məbləğ 266 min 923 manat olacaq. Bundan başqa, mənzilin bir kv. metrinin qiyməti 3 min 470 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, 138,8 milyon manatlıq tenderin qalibi olan “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Şirkətin adı sonuncu dəfə bu ilin oktyabr ayında Sabunçu rayonu ərazində baş verən və 2 nəfərin ölümü ilə nəticələnən hadisədə hallanıb. Bildiyimiz kimi, 22 oktyabr tarixində Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üşün 2 nəfər həyatını itirib. Daha sonra məlum olub ki, bu tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.