EN

Avropa Parlamenti xislətinin dəyişmədiyini göstərir - İCMA

Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

"Bu həmin Avropa Parlamentidir ki, 1988-ci ildə biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləmədi, əksinə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırdı. Bugünkü qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu", - bəyanatda qeyd edilib.

Chosen
13
22
aznews.az

10Sources