EN

AB Ukraynaya gələn il 30,6 milyard dollar ayıracaq

Avropa Birliyi (AB) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində büdcə makromaliyyə yardımı göstərəcəyini vəd edib.


News365.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.


Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu Ukraynaya Dəstək Fondundan ödəniləcək. 18,1 milyard avro isə G7-nin 45 milyard avroluq kredit proqramından ayrılacaq ki, bunun da Rusiya aktivlərindən əldə olunacaq gəlirlərin müsadirə edilməsi yolu ilə qarşılanacağı gözlənilir.

Chosen
2
17
news365.az

10Sources