EN

Cənab İlham Əliyevin siyasi düşüncəsində “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə regionun reallıqları, həqiqəti və nəticələri

Cənab İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə dünya ictimaiyyəti, həmçinin nüfuzlu media vasitələri tərəfindən böyük maraqla izlənilir. Bu müsahibə əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq aləmdə böyük rezonans doğurub. Çünki ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən, Rusiya ilə Azərbaycan, habelə Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açdı.

İlham Əliyev Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım hesab edib. Azərbaycan Prezidentinin qənaətinə görə, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir.
Ölkə başçımız Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutduğunu bildirib. Vladimir Putin dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirildi. Həmin səfər çərçivəsində iki ölkə nəinki münasibətlərin müttəfiqlik xarakterini təsdiqlədi, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdi. Bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olmasına heç bir şübhə ola bilməz. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Hazırda iki ölkə arasında münasibətlərin inkişafı yüksək qiymətləndirilir və təbii ki, bu müsbət dinamika bundan sonra da qorunub saxlanılacaq.
Həmçinin Azərbaycan Prezidenti deyib ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, ABŞ isə bunu etiraf etmir. Halbuki, Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələri ölkəmiz tərəfindən izlənilib. Ölkə başçısı Azərbaycanın 2025-ci ildə hərbi büdcəsinin rekord həcmdə artırılacağının zəruri olduğunu bildirib. Həmçnin deyib ki, gələn il belə təhdidlərə cavab olaraq hərbi büdcəmiz təxminən 5 milyard dollar olacaq.
Prezidentin müsahibəsində digər mühüm bir məsələ Qərbi azərbaycanlıların qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi barədə səslənən fikirdir. 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlının doğma yurd-yuvalarına qayıtması onların hüququdur. Təəssüf ki, bu günədək Ermənistan rəhbərliyindən hələ də azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab alınmayıb.
Dövlətimizin başçısı daha sonra COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi, iqlim mövzularına illik xərclərin 300 milyard dollar həcmində razılaşdırılması, Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi, Fransız kolonializminin iyrənc siması, Gürcüstanın bizim üçün çox mühüm tərəfdaş və yaxın dost olması və digər mühüm əhəmiyyətli məsələlər barəsində məlumat verib.
Sənan Hüseynov – ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü

Chosen
24
4
moderator.az

5Sources