EN

Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edirik - Milli Məclis

"Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir".

Bu barədə Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibətini əks etdirən bəyanatda danışılır. Bəyanatda bildirilir:

"Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədənqanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.

Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.

Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur.

Chosen
14
49
aznews.az

10Sources