EN

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi - FOTO

Məlum olduğu kimi, bu gün Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı təşkilatın üzvü seçilib.

 

Sfera.az xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu münasibətlə təbrik paylaşımı edib.

 

M.Çavuşoğlu X hesabında yazıb:

 

"D-8 Sammitində üzv qəbul edilən Can Azərbaycanı ürəkdən təbrik edirəm. Əminəm ki, Türk və İslam dünyasının mühüm mədəniyyət mərkəzləri arasında yer alan Azərbaycan təşkilata mühüm töhfələr verəcək. Qurulduğu gündən bəri ilk genişlənmə addımını atan D-8-in qarşıdakı dövrdə yeni üzvlər və tərəfdaşlarla daha da güclənəcəyinə tam inanıram", deyə M.Çavuşoğlu qeyd edib.

Chosen
18
1
sfera.az

2Sources