Misir Suriyada siyasi həll prosesinin tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri dəstəkləyir.
Viral.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı zamanı bildirib.
“Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir”, – o deyib.
Son Yazılar:
- Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir
- Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir
- Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir
Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin ikitərəfli razılaşmasına zidd olaraq Suriya ərazisinin əhəmiyyətli bir hissəsini ələ keçirən İsrail tərəfindən ölkənin suverenliyinin kobud şəkildə pozulması ilə üz-üzədir.
Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli forum kimi çıxış edir.