EN

Fələstin qruplaşmasının Tulkərmdəki liderlərindən biri ÖLDÜRÜLDÜ

Fələstin qruplaşmasının Tulkərmdəki liderlərindən biri məhv edilib.

İsrail ordusu və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) İordan çayının qərb sahilində keçirdiyi birgə əməliyyat zamanı Fələstin qruplaşmasının Tulkərmdəki liderlərindən Tarek Doş məhv edilib. Son bir il ərzində o, israillilərə qarşı hücumlar həyata keçirmək üçün İran və Livandan olan yaraqlılar tərəfindən maliyyələşdirilən çoxlu sayda yaraqlıları cəlb edib.

Onun yaratdığı hüceyrə İsrail ordusuna qarşı hücumlar həyata keçirib və Tulkərm yaxınlığındakı nəzarət-buraxılış məntəqəsini atəşə tutub, həmçinin yəhudi dövlətinin ərazisində terror aktları planlaşdırıb.

Hava zərbələri nəticəsində Tarekdən başqa daha 3 yaraqlı da öldürülüb (İsrail ordusunun mətbuat xidməti).

Chosen
42
interpress.az

1Sources