Bu gün keçirilmiş bir oyunla futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, qeyd etdiyimiz kimi, sonuncu oyun günündə bir görüş baş tutub.
Mərhələnin sonuncu oyununda A Seriyasının son qalibi “İnter” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib. Milan təmsilçisi inamlı qələbə sayəsində 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “İnter”i növbəti mərhələdə “Latsio” ilə görüş gözləyir. 1/4 finalın digər görüşlərində “Milan” “Roma” ilə, “Bolonya” “Atalanta” ilə, “Yuventus” da “Empoli” ilə qarşılaşacaq.
İtaliya Kuboku
1/8 final
3 dekabr
Bolonya – Montsa 4:0
Qollar: Pobeqa, 32. Orsolini, 35. B.Dominqes, 63. Kastro, 76.
Milan – Sassuolo 6:1
Qollar: Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 59.
4 dekabr
Fiorentina – Empoli 2:2 (penaltilər 3:4)
Qollar: Kin, 59. Sottil, 70 – Ekonq, 4. Espozito, 75.
5 dekabr
Latsio – Napoli 3:1
Qollar: Noslin, 32; 41; 50 – Simeone, 36.
17 dekabr
Yuventus – Kalyari 4:0
Qollar: Vlahoviç, 44. Kopmeyners, 53. Konseysao, 80. N.Qonsales, 89.
18 dekabr
Atalanta – Çezena 6:1
Qollar: Zappakosta, 4. De Ketelare, 8; 35. Samardziç, 27; 71. Breşianini, 54 – Sisey, 90.
Roma – Sampdoriya 4:1
Qollar: Dovbik, 9; 19. Baldanzi, 24. Şomurodov, 79 – Yepes, 61.
19 dekabr
İnter – Udineze 2:0
Qollar: Arnautoviç, 30. Asllani, 45+2.
1/4 final
5 yanvar
Milan – Roma
Bolonya – Atalanta
Yuventus – Empoli
Latsio – İnter