“Hertel Industrial Services B.V.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1003 Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 29, mənzil 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Hertel Industrial Services B.V.” şirkətinin Azərbaycandakı filialı 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əhmədov İlqar Fuad oğludur.