EN

Azərbaycanda iş təcrübəsinin artması maaşa necə təsir edir?

İş təcrübəsinin artması maaş ortalaması üzərində müsbət təsirə malikdir.

Fins.az bu barədə Dövlət Məşğulluq Agentliyinin Əmək Bazarı Bülleteninə istinadən xəbər verir.

Məlumata görə, bir ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalaması bir ildən üç ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalamasından 30% daha aşağıdır.

“Eyni məntiqlə bir ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalaması üç ildən beş ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalamasından 38% daha azdır. Digər bir misalda isə görürük ki, bir ildən üç ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalaması bir ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalamasından 44% daha çoxdur, ancaq üç ildən beş ilə qədər iş təcrübəsi olan şəxslərin maaş ortalaması arasında statistik önəmli fərq yoxdur”, - deyə məlumatda qeyd olunub.

Chosen
8
1
fins.az

2Sources