EN

Taksi sürücüsünə qarşı quldurluq edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə Ağdaşda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Araz Yusibovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 
Qeyd: Hadisə 13 yanvar 2024-cü il tarixdə qeydə alınıb. Belə ki, Araz Yusibov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan 154 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Daha sonra o, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araz Yusibova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2024, 09:14   
Chosen
3
1
pravda.az

2Sources