EN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti  

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsində, dirçəlməsində,müstəqil, suveren dövlət kimi bərqərar olunmasında məhz Prezident İlham Əliyevin fəaliyyətləri danılmazdır.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Daha sonra dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.İlham Əliyev əmək fəaliyyətinə də elə ilk olaraq təhsil aldığı institutda müəllim kimi başlamışdır.1991–1994-cü illərdə biznes sahəsində çalışmış və rəhbətlik fəaliyyəti ilə məşğul olmuşdur.1994-cü ildən artıq Azərbaycan Dövlət Neft Şirkətində  vitse-prezident və birinci vitse-prezident vəzifəsində çalışmışdır. İlham Əliyev 2003-cü ilədək bu sahədə çalışmışdır.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də idmandır.O hər zaman istənilən idman növünün ölkəmizdə inkişafına böyük diqqət yetirmiş, peşəkar idmançıların olması, onların rahat şəkildə fəaliyyət göstərməsi üçün xüsusi şərait yaratmış, müəyyən tədbirlər təşkil etmişdir. Bu da yetişən gənc nəsildə idmana maraq, həvəs oyatmış və bacarıqlı, səriştəli, peşəkar idmançıların yetişməsinə səbəb olmuşdur. Təbii ki, bütün bu tədbirlər idmançılarımızın yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da ölkəmizi layiqli şəkildə təmsil etmələri, bayrağımızı daim ucaltmaları üçün də atılmış addımdır. Bu gün qürurla deyə bilərik ki,Azərbaycan artıq idman sahəsində yüksək irəliləyişlər əldə etmiş, idmançılarımız dünyada təşkil olunmuş yarışlardan qalibiyyətlə geri qayıdır, eləcə də Azərbaycanda beynəlxalq səviyyədə idman yarışları da keçirilir. Bu eyni zamanda ölkəmizin dünyada tanınmasına səbəb olan amillərdən biridir. İlham Əliyevin idmana verdiyi töhfələr, əvəzsiz xidmətləri nəticəsində Beynəlxalq Olimpiya Komitəsinin ali ordenivə bir sıra mükafatlarla da təltif olunmuşdur.

İlham Əliyev ölkənin 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini olur. 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. Bu gün YAP üzvlərinin sayının çoxluğuna, fəaliyyətinə, göstərdiyi xidmətlərinə görə deyə bilərik ki, ölkənin əsas partiyasıdır. İlham Əliyev sədrliyi dövründə partiyanın inkişafına diqqət göstərmiş, xalqın, üzvlərinin ümidlərini doğrultmaq yolunda tədbirlər görmüş, fəaliyyət sahələrini genişləndirmiş və daha yüksək uğurlar əldə olunmuşdur. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının çox olması insanların sevgisindən, inamından irəli gəlir.

2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin edilir. Həmin ilin oktyabrın 15-də ölkəmizin prezidenti seçilir. Beləliklə, Azərbaycan dövlətinin siyasi, tarixi, iqtisadi, mədəni həyatında yeni dönəm başlayır. Bu dövrdə ölkəmizin gələcək uğurları üçün tədbirlər görülür, istənilən sahədə inkişın təmin olunması yolunda ciddi addımlar atılır. Azərbaycan artıq müxtəlif təşkilatlara, beynəlxalq layihələrə qoşulmağa başlayır. Ölkəmizin qoşulduğu layihələr onun sürətli inkişafına səbəb olur. Azərbaycanın rəhbərlik etdiyi enerji, neft, qaz sahəsindəki layihələr təkcə Azərbaycanın inkişafına səbəb olmur, eləcə də onun dünyada tanınmasına, digər ölkər arasında öz sözünü deyən qüdrətli dövlətə çevirmişdir.

Bu gün Azərbaycan dövləti öz suverenliyini bərpa edən dövlətdir. Məlumdur ki, 30 ilə yaxın Azərbaycan torpaqları düşmən işğalında qalmışdır. Lakin bu işğal çox davam etmir. Beynəlxalq təşkilatların vasitəçiliyinə baxmayaraq məsələ öz həllin tapmır və düşmənin təxribatları hər gün daha da artırdı. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda Azərbycan öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. 44 gün davam edən Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Azərbaycanın qəhrəman, igid oğulları işğal altında olan torpaqlarımızı öz qanı, canı bahasına düşmən tapdağından azad edir, düşmənə ağır zərbələr endirmiş oldular. Bu müharibənin sonunda üçtərəfli bəyanat imzalanır. Bəyanatdakı müddəa əsasən, ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmalı idi,lakin düşmən yenə bəyanatın bu müddəasına məhəl qoymur, müxtəlif təxribatlar törədir və nəticədə 2023-cü il 19 sentyabrda 23 saat davam edən antiterror əməliyyatına səbəb olur. Bu əməliyyat yenə də Azərbaycanın qələbəsi ilə yekunlaşdı, düşmən silahlıları ölkədən çıxarıldı, ölkəmizdəki separatizmin qarşısı alınmış oldu. Bu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri tamamilə azad olundu. Nəhayət, 30 ildən sonra Azərbaycan öz suveren ərazisini bərpa edir, torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanır. Bütün bunlar Prezident İlham Əliyevin yeritdiyi daxili, xarici siyasətin nəticəsidir ki, ölkəmiz yalnız öz ərazi bütövlüyünü təmin etmədi, eləcə də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərmiş oldu.

Prezident İlham Əliyevin 2022-ci il 11 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı Sərəncamı öz təsdiqini tapır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda abadlıq, quruculuq işləri aparılır.Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri məcburi köçkünlərin tezliklə öz torpaqlarında məskunlaşmasını təmin etməkdir. Bütün bu məsələlərin həll edilməsi üçün İlham Əliyev müxtəlif tədbirlər görür, sərəncam,fərmanlar imzalayır, şəxsən özü həmin ərazilərə gedərək quruculuq işləri ilə maraqlanırvə tez bir zamanda başa çatması üçün göstərişlər verir. Artıq deyə bilərik ki, qısa müddət keçməsinə baxmayaraq əhalinin bir qismi öz doğma yurduna qayıtmış və bu proses sürətlə davam edir. Bütün bu göstəricilər Azərbaycan Prezidentinin öz ölkəsinə, xalqına bağlılığından irəli gəlir. İlham Əliyev nəinki məcburi köçkünlərə, eləcə də dövlətimiz,vətənimizin varlığı,birliyi üçün canından keçən şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olmuş, onların, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün  də davamlı işlər görülür.

Azərbaycanın müstəqillikdən sonra qısa müddətdə əldə etdiyi uğurlar, nailiyyətlər məhz yüksək səviyyədə idarəçiliyin, uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmiz dünyada öz sözünü deyən və heç bir kənar təzyiqlərə baxmayaraq öz istədiyini yeridən, dünyada söz sahibi olan qalib dövlətdir.

 Gülər Baxışova

Pedaqogika üzrə fəlsəfə doktoru

Chosen
13
1
moderator.az

2Sources