EN

Rusiya, yoxsa NATO – Bakı kimi seçəcək?

Azərbaycanın Şimal Alyansı ilə şimal qonşumuz arasında vasitəçi ölkə kimi mövqeyi möhkəmlənir

NOCOMMENT.az bildirir ki, bu barədə Yeni Müsavat xəbər verir.

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezidenti ilə müsahibəsində ilginc məqama toxunub. Kiselyov NATO ilə Rusiya arasında artan gərginlikdən danışarkən  Rusiyanın müdafiə nazirinin Putinin iştirakı ilə Müdafiə Nazirliyindəki son    toplantısında “Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır” fikrini xatırladıb. Jurnalist Prezidentdən “bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir” soruşub. 

Dövlət başçısı öncə ümidvar olduğunu deyib ki,  gərginlik NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. “Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın və komandasının seçkiqabağı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarisini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir.  Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”, – deyə Prezident vurğulayıb.

Daha sonra Prezident Bakının rolu və yolunu açıqlayıb:  “Azərbaycanın öhdəliklərinə gəlincə, (söhbət Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişindən gedir – red.),  biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq.

Burada Rusiya ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

Tofiq

Chosen
13
2
nocomment.az

9Sources